“Ankaragücü”nün yeni prezidenti bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Türkiyə klubunun idarə heyətinin iclasında İsmail Mert Fırat Ankara təmsilçisinin yeni prezidenti seçilib.
O, bu postda ötən gün istefa vermiş Faruk Kocanı əvəz edib.
Xatırladaq ki, Faruk Koca Super Liqanın 15-ci turunun “Rizəspor”la ev oyunundan (1:1) sonra baş hakimi vurduğu üçün saxlanılıb.