Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib.
O bildirib ki, İdarə Heyəti çempionatlarda növbəti turun matçlarının dekabrın 19-dan etibarən keçirilməsini qərara alıb.
Türkiyə Super Liqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən yerli federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı.