İsveçin “Hakken” komandasının futbolçusu Samuel Qustafson Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan əvvəl fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında 3 xala sahib olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Baş məşqçi daim bizə motivasiya verir. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. Meydana qələbə əzmi ilə çıxacağıq”.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ” haqqında xoş fikirlər səsləndirib: “Qarabağ”ın heyətində yaxşı futbolçular var. Nümunə kimi Marko Yankoviçin adını çəkə bilərəm. Onunla oynamışıq, təcrübəli və perspektivlidir. Sağ cinahlarında yer alan futbolçu da yaxşıdır. Adını indi xatırlamıram”.

Shares: