Karlo Ançelotti Brahim Diasdan məmnundur. “Real”ın baş məşqçisi yarımmüdafiəçinin özünü çox inkişaf etdirdiyini düşünür.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Milan”da iki il icarədə olmasının futbolçuya fayda verdiyini deyir: “Ondan çox məmnunam. A Seriyasında özünü inkişaf etdirib. Müdafiəyə çox yardım edir, taktiki biliyi əladır. Fiziki cəhətdən yaxşı olması da üstünlüyüdür”.

2019-cu ilin yanvarında “Real”a transfer olunan 24 yaşlı futbolçu bu yay Madridə qayıdıb. O, son iki mövsümü “Milan”da keçirsə də, “Kral klubu” onu satmadı. Hazırda 2027-ci ilədək müqaviləsi olan oyunçu İspaniyada möhkəmlənməyə çalışır.

Shares: