Hee-Çan Hvanq “Vulverhempton”da qalacaq. İngiltərə klubu 27 yaşlı cənubi koreyalıdan razıdır.
Futbolinfo.az xəbər verir ki, mərkəz hücumçusunun oyunu klub rəhbərliyini və məşqçiləri razı saldığından onunla müqavilənn müddəti uzadılacaq. 2021-ci ildə “Leypsiq”dən icarəyə götürülən, ötən yay isə birdəfəlik transfer edilən oyunçunun mövcud müqaviləsi 2025/26 mövsümünün sonunda bitəcək. Amma tərəflər onu daha iki illik artırmaq üçün anlaşıb.
Hee-Çan Hvanq yeni müqavilədən sonra klubda ən çox qazananlardan birinə çevriləcək. “Vulverhempton”un bu həmləsi həm də koreyalıların marağına görədir. Məhz asiyalıların sayəsində klubun forma satışı və yayım gəlirləri ən yüksək həddə çatıb.