Antonio Rudiger uzun illər “Real”da qalmaq istəyir. Almaniya millisinin üzvü Madriddəki durumundan məmnundur.

Futbolinfo.az xəbər verir ki, İspaniya nəhənginə ötən yay “Çelsi”dən azad agent kimi gələn Syerra-Leone əsilli mərkəz müdafiəçisinin 2026-cı ilin yayınadək müqaviləsi var. Ancaq o, yeni müqavilə təklifi alacağı təqdirdə bunu dəyərləndirəcək.

30 yaşlı oyunçu Almaniya mətbuatına açıqlamasında bunları deyib: “Özümü “Real”da çox rahat hiss edirəm. Uzun illər bu klubda qalmağın əleyhinə deyiləm”.

Shares: