“Liverpul” “Leypsiq”lə müqaviləni pozacaq. İngilislər Almaniya klubuna icarəyə verdiyi Fabio Karvalyonun az oynamasından narazıdır.
Futbolinfo.az xəbər verir ki, mersisaydlılar 2022-ci ildə “Fulhem”dən transfer etdiyi 21 yaşlı portuqalyalını cari mövsümün əvvəlində Bundesliqa klubuna göndərib. Amma “Leypsiq” yarımmüdafiəçiyə çox güvənmir. Bu isə oyun praktikası qazanması üçün futbolçusunu göndərməyə razılaşan “Liverpul”un planlarına uyğun deyil.
Karvalyo bugünədək “Leypsiq”in heyətində cəmi 257 dəqiqə keçirib. Qışa kimi futbolçuya daha çox şans verilməsə, “Liverpul” yanvarda onu geri qaytaracaq. Artıq iki klub arasında bu yöndə danışıqlar başlayıb.