“Nyukasl” Uqo Lorisi heyətinə qatmaq istəyir. Əsas qapıçısı zədələnib uzun müddətə sıradan çıxan “sağsağanlar” boşluğu doldurmaq üçün təcrübəli fransızın xidmətinə ehtiyac duyur.
Futbolinfo.az xəbər verir ki, uzun illər “Tottenhem”in formasını geymiş qolkiperin müqaviləsinin müddəti yayda başa çatacaq. O, anlaşmasını uzatmayıb və əsas heyətdəki yerini itirib. “Nyukasl” onu daha yüksək maaş təklifi ilə düşərgəsinə çağırır.
36 yaşlı oyunçu tezliklə cavab verməlidir. Baş məşqçi Eddi Hau yanvarda keçidin reallaşacağına ümid edir.