“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu doğma meydanda İsveçin “Hakken” komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
“Hakken” keçirdiyi bütün oyunlardan məğlub ayrılıb. “Qarabağ” səfərdə 1:0 hesabıyla məğlub etdiyi bu rəqibə doğma meydanda da qalib gəlməyə borcludur. Əks halda təmsilçimiz Avroliqanı tərk edib, mübarizəni Konfrans Liqasında davam etdirə bilər.
Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gələcək.
Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
21:45. “Qarabağ” – “Hakken”
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.