“Qarabağ”ın Avropa Liqasının pley-offunda mümkün rəqibləri bilindi

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, Azərbaycan çempionu son turda qrup ikinciliyini əldən verməsə, növbəti raundda Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan komandalardan biri ilə üz-üzə gələcək.

Mümkün rəqiblər arasında Türkiyə klubu “Qalatasaray” və İtaliya nəhəngi “Milan” da var. Ancaq bunun üçün “Qarabağ” ilk növbədə H qrupunda ikinci yeri tutmalıdır. Azərbaycan çempionu son turda bu gün Bakıda “Hakken”lə keçiriləcək oyunöncəsi 7 xalla ikinci pillədə qərarlaşıb. Bir sözlə, indi hər şey Ağdam təmsilçisinin öz əlindədir.

“Qarabağ” Avropa Liqasında mübarizəni davam etdirə bilsə, dekabrın 18-də təşkil olunacaq püşkatmada rəqibini öyrənəcək. Pley-off mərhələsinin qarşılaşmaları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

“Qarabağ”ın mümkün rəqibləri:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Donetsk, Ukrayna)

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq.

Shares: