“Neftçi”nin baş məşqçisi Adrian Mutu futbolçu karyerası ilə bağlı maraqlı açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Rumıniya mətbuatına açıqlamasında heç vaxt unuda bilmədiyi oyunu açıqlayıb.

O, AVRO-2008-in qrup mərhələsində İtaliya ilə qarşılaşmanın 81-ci dəqiqəsində penaltini qaçırmasını uzun müddət özünə bağışlamadığını bildirib: “Həmin oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Son dəqiqələrdə Canluici Buffonla üz-üzə qaldığım penalti epizodunu dəyərləndirə bilmədim. Düzdür, üzərindən 15 il vaxt keçib və final matçı deyildi. Ancaq həmin zərbəni qola çevirə bilsəydim, qələbə qazanaraq, 1/4 finala adlayacaqdıq. Buna görə hələ də təəssüflənirəm”.

Qeyd edək ki, İtaliya ilə qarşılaşmada Rumıniyanın yeganə qoluna məhz Adrian Mutu imza atmışdı. Həmin vaxt komanda 2 xalla qrupda qalmışdısa, İtaliya 4 xal toplayaraq, 1/4 finala adlamışdı.

2806928 57903570 2560 1440 - Futbolinfo.az
Shares: