Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, namizədlər “Real”dan Xoselu, “Atletiko”dan Samuel Lino, “Portu”dan Qaleno və “Benfika”dan Anhel di Mariyadır.
Xoselu “Union”la matçda dubla imza atıb, Lino “Latsio” ilə görüşdə 1 qol vurub və 1 qolun ötürməsini verib, Qaleno “Şaxtyor”la oyunda 2 qol və 2 qol ötürməsinin müəllifi olub, Di Mariya isə “Zalsburq”la qarşılaşmada 1 qol vurub və 1 qol ötürməsi edib.
Qalib UEFA-nın saytında səsvermə nəticəsində seçiləcək.