Minifutbol üzrə Azərbaycan çempionatında 2-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçirilib.
Çempionluğa iddialı “Zirə” ardıcıl ikinci qələbəsini qazanıb. Adı çəkilən komanda “Veteran”ı minimal fərqlə üstələyib.
Azərbaycan millisinin sabiq futbolçularından təşkil olunan “İnter” isə “Turan”la bərabərə qalıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 12-də keçirilib.
Azərbaycan çempionatı
2-ci tur
“Odlar Yurdu” – “Baku Fire” 6:1
“Veteran” – “Zirə” 1:2
“Turan” – “İnter” 3:3
“Galaxy” – “Sumqayıt” 3:0