AFFA tərəfindən həvəskarlardan ibarət komandalar arasında keçirilən Region Liqasında yeni mövsümə start verilib. Goranboyun yeni yaradılan “Qala” kollektivi çempionatda debüt edib.

Liqanın ilk turunun oyunları çərçivəsində “Qala” doğma meydanda Bərdənin eyniadlı komandasını qəbul edib. Yeni formalaşan kollektiv üçün ilk sınaq uğurlu alınmayıb. Goranboylular yerli azarkeşlər önündə 0:2 hesablı məğlubiyyətə üzülüblər.

Bununla belə, yerli azarkeşlər oyuna ciddi maraq göstərib.

BƏHRUZ MUSAYEV, GORANBOY

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp