Danimarkada keçirilən qadınlar arasında həndbol üzrə dünya çempionatında qalan iki ¼ final oyunu da baş tutub. Yarımfinala İsveç və Danimarka komandaları vəsiqə qazanıb.

Dünya Çempionatı – 2023. Qadınlar. 1/4 final

İsveç – Almaniya 27:20 (16:6, 11:14)

Danimarka – Monteneqro 26:24 (13:10, 13:14)

Prezident Kuboku. 25-ci yer uğrunda matç

İslandiya – Konqo 30:28 (14:14, 16:14)

27-ci yer uğrunda matç

Çin – Çili 25:26 (13:15, 12:11)

29-cu yer uğrunda matç

Paraqvay – Qazaxıstan 36:30 (20:18, 16:12)

31-ci yer uğrunda matç

Qrenlandiya – İran 23:28 (12:12, 11:16)

Qeyd edək ki, Qrenlandiya komandası keçirdiyi bütün oyunlarda məğlub olub.

Dekabrın 15-də yarımfinalda Danimarka – Norveç, İsveç – Fransa oyunları baş tutacaq. Final, həmçinin üçüncü, beşinci və yeddinci yerlər uğrunda oyunlar dekabrın 17-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp