Beynəlxalq Atletika Federasiyası rəsmi saytında kişilər və qadınlar arasında 2023-cü ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb. Bu dəfə “World Athletics” üç fərqli növ üzrə qalibi müəyyən etmək qərarına gəlib.

Mükafatlara layiq görülən idmançılar bunlardır:

Kişilər – Armand Duplantis (İsveç, şüvüllə tullanma), Kelvin Kiptum (Keniya, marafon), Noah Layls (ABŞ, 100 m / 200 m)

Qadinlar – Tigist Assefa (Efiopiya, marafon), Fait Kipyeqon (Keniya, 1500 m / 5000 m) və Yulimar Roxas (Venesuela, üç təkanla tullanma).

“World Athletics” həmçinin tərəqqi kateqoriyasında qalibləri açıqlayıb. Onlar 2023-cü il Dünya çempionatında 800 m məsafəyə qaçışda gümüş qazanmış 19 yaşlı keniyalı Emmanuel Vanyonyi və 3000 m məsafəyə maneəli qaçışda Dünya çempionatında bürünc medal qazanan onun həmyerlisi 19 yaşlı Fait Çerotiçdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp