Amerikanın Leyk-Plesid şəhəri Milanda və Kortina d’Ampezzoda keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarında bobsley, kirşə idmanı və skeleton yarışlarını qəbul etməyə hazır olduğunu bildirib.

2026-cı il Olimpiadasının təşkilatçıları bobsley trassının lazımi vəziyyətdə olmaması səbəbindən yarışın yerini müəyyənləşdirməkdə ciddi problemlər yaşayır. BOK Kortina d’Ampezzoda trassın yenidən qurulması üçün investorların olmaması səbəbindən bu idman növlərində yarışların İtaliyadan köçürülməsini tələb edib.

Bununla belə, İtaliya hakimiyyəti hələ də yarışlara ev sahibliyi etməyə ümidlidir və 2006-cı ildə Turində keçirilən Olimpiya oyunları zamanı istifadə edilən Çezana trassının yenilənməsi ideyasını irəli sürür. İqls (Avstriya) və Sankt-Moritsdəki (İsveçrə) traslar da mümkün variantları kimi nəzərdən keçirilir.

Leyk-Plesid Qış Universiadası üçün bobsley trassının yenidən qurulmasını başa çatdırıb. Təmir işlərinə 104 milyon dollar xərclənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp