Portuqaliyanın “Portu” klubunun müdafiəçisi Pepe UEFA Çempionlar Liqasının ən yaşlı qolçusu kimi tarixə düşüb.

Futbolinfo.az xəbər veirr ki, o, qrup mərhələsinin 6-cı turunda Ukrayna təmsilçisi “Şaxtyor”la görüşdə fərqlənərək buna nail olub.

Matçın 75-ci dəqiqəsində adını tabloya yazdıran Pepe 40 yaş 290 günündə qitənin ən nüfuzlu klub turnirində qol vurub. Portuqaliya millisinin üzvü həm də meydan oyunçuları arasında turnirin tarixinin ən yaşlı futbolçusudur.

“Şaxtyor”u 5:3 hesabı ilə məğlub edən “Portu” 1/8 finala yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp