Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti qarşılaşmalar dekabrın 15-də baş tutacaq.

Həmin gün GİN-nin Voleybol Mərkəzində saat 14:00-da “Xarı Bülbül Şuşa” və MOİK komandaları, ardınca (saat 16:00) “Xarı Bülbül Laçın” və “Azərreyl” kollektivləri üz-üzə gələcəklər. Günün son matçı isə saat 18:00-da “Murov Az Terminal” və “Neftçi” komandaları arasında olacaq.

Yüksək Liqa (kişilər)
15 dekabr

14:00. “Xarı Bülbül Şuşa” – MOİK
16:00. “Xarı Bülbül Laçın” – “Azərreyl”
18:00. “Murov Az Terminal” – “Neftçi”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp