Bu gecə keçirilən oyunda “Miluoki Baks” komandası “İndiana Peysers” üzərində 140:126 hesabı ilə qələbə qazanıb. Komandanın lideri Yannis Antetokumbo qarşılaşmada 64 xal toplayıb. Bu onun üçün 30 xaldan artıq yığdığı və 65% dəqiqlik göstəricisi nümayiş etdirdiyi ardıcıl 5-ci oyun olub. İndiyədək MBA-da belə göstəricilərə heç kim nail olmayıb. Bu isə liqanın rekordudur.

Qeyd edək ki, 64 xal yunan basketbolçunun ən yaxşı göstəricisidir. Bu həm də “Miluoki Baks” klubunun rekordudur. Ona qədər rekord Maykl Reddə məxsus idi. O, 2006-cı ildə “Yuta Caz”la qarşılaşmada 57 xal toplamışdı.

Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” komandası “Memfis Qrizliz” üzərində 117:104 hesablı qələbə qazanıb. Lebron Ceymsin istirahət etdiyi oyunda “Los-Anceles Leykers” San-Antonio səfərindən qələbəylə dönüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp