Serbiya mətbuatının məlumatına görə, Aleksandr Corceviç basketbol üzrə İtaliya milli komandasına baş məşqçi təyin ediləcək.

Son dünya çempionatında mütəxəssis Çin komandasının baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda Serbiya, Puerto-Riko və Cənubi Sudanla qarşılaşmalarda məğlub olmuşdu. Daha sonra Filippinə də məğlub olan çinlilər , yalnız son turda Anqola üzərində qələbə qazana bilmişdilər. Hələlik, mütəxəssis Çin Basketbol Federasiyası ilə müqaviləsinə xitam verməyib.

İtaliya millisini hazırda Canmarko Possekko çalışdırır. İtaliya milli komandası Olimpiya təsnifat turnirində Bəhreyn və Puerto-Riko ilə eyni qrupa düşüb.

Xatırladaq ki, bundan əvvəl Corceviç Serbiya millisi, “Panatinaikos”, “Bayern”, “Virtus” və “Fənərbağça” komandalarının baş məşqçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp