“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azətbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bilirdik ki, burada bizim üçün çətin olacaq. Futbolçular əziyyət çəkdilər. Süni örtük futbolçuya zərər verir. Həm biz, həm də rəqib təzyiq edirdi. Öz oyun üslubumuzu güdərək mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Bunun üzərində işləmişdik. Təəssüf ki, qarşısını ala bilmədik. Futbolçularla danışılası çox şey var. Kubokdan əlavə bir oyunumuz qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə qayıtsa, daha yaxşı olacağıq.

“Qarabağ”a hər bir halda uduza bilərik. Sadəcə bəzi futbolçuların öz mövqeyində oynamaması nəticəyə təsir etdi. O məğlubiyyətin əsas səbəbi fərdi səhvlər idi. Bu gün “Qarabağ”a 0:10 hesabı ilə uduzsan da, hamı səni anlayır. Məqsədimiz oyundan-oyuna səhvləri azaltmaqdır. Bir oyun üslubu ortaya qoymaq istəyirik. Bu gün heç-heçədən sonra hansı iştahdan danışa bilərik? Mənim dediklərimiz edə bilsək, məqsədlərdən danışa bilərik. Bu gün realist olmalıyıq”.

Shares: