“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıta qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox şükür ki, futbolçular azarkeşlərin gözləntilərini doğrultmağa çalışırlar. Uşaqlar bütün bacarıqlarını ortaya qoyurlar ki, fanatları sevindirsinlər. Nə dərəcədə alınır, onu zaman göstərəcək. Matça gəlincə, çətin bir komandaya qarşı oynadıq. Rəqib sürətli əks-hücumlarla irəli çıxmağı bacarır. Tək meydanın özlərinə aid yox, digər hissəsində də top saxlaya bilirlər. Öz vəziyyətlərini gözləyirlər. Bu oyunda komandamız düzgün müdafiə olunub, sürətli hücumlarla epizodlar yaxaladı. Komandamız daha yaxşı yerlərə getməyə hazırlaşır”.

Shares: