“Napoli” Viktor Osimhenlə yeni müqavilə bağlamaq istəyir. Son İtaliya çempionu nigeriyalı forvardla anlaşmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, 2025-ci ilin yayınadək müqaviləsi olan hücumçu maaşının artırılması şərti ilə anlaşmanın daha bir il uzadılmasına razılıq verib. Sözləşməyə xüsusi bənd də əlavə ediləcək. Osimheni almaq istəyənlər neapollulara 130 milyon avro ödəməli olacaq.

Maraqlıdır ki, “Çelsi” hətta bu şərtlərlə də Viktoru transfer etmək arzusundan vaz keçmir. Londonlular yanvarda “Napoli”nin qapısını döymək niyyətindədir.

Shares: