16 dekabrda Kosovanın Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, yarış kişilər arasında -73 kq. çəkidə, qadınlar arasında isə -57 kq. çəkidə baş tutacaq.
Çempionatda 27 ölkədən 42 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycanı yarışda kişilər arasında -73 kq. çəkidə Hidayət Heydərov təmsil edəcək.
Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə yarışda Avropa Cüdo Birliyinin İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.