İsveçin “Hakken” komandasının baş məşqçisi Per Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”ı təbrik edirəm. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Onları izləməyə çalışacağam. Oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə, istifadə edə bilmədik. Növbəti mövsümdə Avropa Konfrans Liqasında oynayacağıq. Qrupdakı 6 oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik.
“Qarabağ”la ilk matçda demək olar ki, bərabərsəviyyəli oyun getmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, bəlkə də başqa cür olardı. Bu gün də yaxşı oynadıq. “Qarabağ”ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə futbolçular yoxdur. Bu da öz təsirini göstərir”.