Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Futbolinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda İsveç klubu “Hakken” üzərində (2:1) qələbəsi sayəsində mümkün olub.

Həm qalibiyyət, həm də pley-offa vəsiqə nəticəsində ölkə reytinqinə 1 xal əlavə edilib. Xal sayını 19.125-ə çatdıran Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib. Cari mövsümdəki əmsal isə 4,875-ə çatıb.

Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.

Shares: