Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti matçına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakıda Rumıniya yığmasını qəbul edəcək.
Qarşılaşma saat 20:00-da başlayacaq. A qrupunun digər görüşündə Qazaxıstan Niderlandı 2:0 hesabı ilə üstələyib.
Qazaxıstan 5 oyundan sonra 15 xalla liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.
Qeyd edək ki, yığmamız dekabrın 20-də Niderlandın qonağı olacaq. Rumıniya isə Qazaxıstanı qəbul edəcək.