“Qarabağ”ın futbolçusu Leandro Andrade Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Hakken”i məğlub etdikləri matçdan (2:1) sonra təəsüratlarını bölüşüb.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi 44-cü saniyədə vurduğu qoldan danışıb: “Faktiki olaraq, tez vurulan qol oyunun dəyişməsinə gətirib çıxarır. Amma bəzən bu, komanda üçün təhlükəli olur. Çünki hesabı tez açanda rahatlıq yarana, rəqib asan görünə bilər. Şükür ki, bütün oyun boyu yaxşı göstəricini qoruyub saxlaya bildik”.

O qeyd edib ki, birinci hissədə vurulan qollar çox şeyi həll edib: “1:0 və ya 2:0 qalib gələrək birinci hissəni bitirmək tamamilə fərqlidir. Birinci hissənin sonunda qol vurmaq böyük üstünlükdür. Artıq paltardəyişmə otağına gedib, taktikaları müzakirə edəndə nə etməli olduğunu bilirsən. Bu isə vacibdir”.

24 yaşlı oyunçu tarix yazdıqlarını hələlik tam dərk etmədiyini bildirib: “Bunu edə biləcəyinə inanmalısan. Bizim tarix yazmağımız isə mənim üçün hələ də ağılasığmazdır. Bunun bir hissəsi olmağıma görə qürur duyuram. Bütün həyatım boyu bunu yada salacağam”.

Andrade pley-offda qarşılaşmaq istədiyi komandaları da qeyd edib: “Mən həmin anı maksimum yaşamağa çalışıram, çünki bizim üçün yeni bir hissdir. Növbəti mərhələdə bütün rəqiblər bizim üçün çətin olacaq. Çünki hamısı böyük klublardır. Ancaq istərdim ki, Portuqaliya komandalardan biri olsun. Çünki mən orada böyüyüb başa çatmışam”.

Shares: