Milli komandamızın və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Vidadi Rzayev Kevin Medinanı ölkəmizə gəlmiş ən yaxşı legioner müdafiəçi sayır. O, bu barədə futbolinfo.az saytına açıqlamasında deyib.
“Kəpəz”in sabiq məşqçisi zədə üzündən meydana çıxmayan kolumbiyalının yoxluğunun hiss olunmadığını söyləyib: “Medina indiyədək Azərbaycana gələn mərkəz müdafiəçiləri arasında “1 nömrə”dir. Onun kimi ikinci müdafiəçi hələ Azərbaycana gəlməyib. “Qarabağ”ın digər oyunçuları inciməsinlər, komandanın müdafiə xəttinin dirəyi Medinadır. Onun əvəzinə meydana Bədavi Hüseynov çıxmışdı. Bədavinin avtoqolu boş şeydir, nəticəyə təsir etmədi. Medinanın yoxluğunu unutdurmaq üçün var gücü ilə çalışdı. Ancaq Kevin başqa səviyyədir”.