“Mənə Azərbaycandan futbol funksionerlərindən biri zəng etmişdi, amma o, AFFA-da işləmir”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “İnter” (hazırkı “Şamaxı”) klubunun sabiq baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olması ilə bağlı gəzən xəbərlərə münasibət bildirib: “Zəng edən adam da məndən soruşdu ki, Azərbaycan millisi üçün sizə təklif göndəriblər? Təbii ki, belə bir təklif olmadığı üçün “yox” dedim. Amma əgər təklif olarsa, qəbul etməyə, danışıqlar aparmağa hazıram”.

“Ölkəmizdən getdikdən sonra hər hansısa klubumuzdan və ya nəvaxtsa yığmamızdan təklif almısınız” sualına isə Sxadadze bu cür cavab verib: “Bəli, klublardan təklif var idi, amma müqavilə mərhələsinə qədər gəlib çıxmadı”.

Mütəxəssis hansı klublardan təklif aldığını isə deməyib.

Shares: