Bu mövsüm UEFA-dan ən çox pul mükafatı qazanan ilk 10 komanda arasında ilk üçlükdə “Real”, “Bayern” və “Mançester Siti” var. Məlumatı İspaniyanın AS qəzeti yayıb.

İspanların hesablamalarına görə, qazanan klublar arasında “Real” liderlik edir. Madridlilərin qazancı 79,8 milyon avro təşkil edib. İkinci yerdə 76,6 milyonla “Bayern”, üçüncü yerdə isə 76,4 milyonla “Mançester Siti” qərarlaşıb.

Reytinqin ilk 10 yeri belədir:

1. “Real” (İspaniya) – 79,8 milyon avro

2. “Bayern” (Almaniya) – 76,6 milyon avro

3. “Mançester Siti” (İngiltərə) – 76,4 milyon avro

4. “Barselona” (İspaniya) – 71,5 milyon avro

5. “Atletiko” (İspaniya) – 71 milyon avro

6. PSJ (Fransa) – 63,8 milyon avro

7. “Portu” (Portuqaliya) – 63,5 milyon avro

8. “Borussiya” Dortmund (Almaniya) – 63,5 milyon avro

9. “Arsenal” (İngiltərə) – 63,3 milyon avro

10. “Napoli” (İtaliya) – 58 milyon avro

Shares: