Ötən gün “Neftçi” ilə yollarını ayıran israilli yarımmüdafiəçi Kenni Sayefin komandadan gedişi müzakirələrə səbəb olub. Onun şəxsi səbəblərə görə klubdan getdiyi açıqlansa da, problemin dəqiq nə olduğu bəlli deyildi.

Futbolinfo.az-a açıqlama verən futbolçunun meneceri Dudu Dahan məsələ barədə danışıb. O bildirib ki, Sayef bu gün ailəsinin yanında olmağa məcburdur: “Neftçi” ilə Kenni Sayef arasında hər hansı problem yaşanmayıb. O, sadəcə, şəxsi səbəblərə görə klubdan gedib. Kenninin ailəsi İsraildə yaşayır. Oradakı vəziyyət də hər kəsə bəllidir. Futbolçu ailəsinin yanında olmaq istədi. Məsələ bundan ibarətdir”.

Qeyd edək ki, Kenni Sayef 2022-ci ildə “Neftçi”yə keçmişdi. O, komandanın heyətində 42 oyunda meydana çıxıb və 5 qol vurub.

Shares: