Mixael Şumaxerin keçmiş meneceri, alman pilotun avtoidmanda qazandığı nailiyyətlərdə böyük əməyə sahib Villi Veber, bir sıra maraqlı fikirlər söyləyib. Veber Mixaelin komaya düşdüyü insidentdən sonra ona baş çəkmədiyinə görə peşmanlıq hissi keçirdiyini dilə gətirib.
“Çox məyusam və təəssüf hissi keçirirəm ki, hadisə baş verəndən dərhal sonra Mixaelə xəstəxanada baş çəkmədim. Hadisədən sonra çox mütəəssir olmuşdum. Baş verənlər mənə çox pis təsir göstərmişdi. Bəzi anlarda onunla bağlı fikirləri başımdan çıxarmaq üçün özümdə güc tapa bilirdim. Çünki yaşamağa davam etmək məcburiyyətindəyik. İndi onun haqqında düşünəndə, Mixaeli bir daha görə biləcəyimə ümidim yoxdur. Üstündən 10 il keçib. Ancaq bir xoş xəbər yoxdur”, – deyə Villi Veber qeyd edib.