Moyze Kin İngiltərəyə qayıda bilər. “Yuventus” hücumçusunu mövsümün sonunda satmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, turinlilər onun üçün 40 milyon avro tələb edir. “Aston Villa” bu transferdə maraqlıdır. Birmingemlilər vaxtilə “Everton”da oynamış forvardın Premyer Liqaya uyğunlaşmaqda çətinlik çəkməyəcəyini düşünür.
“Yuventus” yetirməsi olan 23 yaşlı oyunçu “Verona” və PSJ-də də çıxış edib. Əsasən icarədə top qovan Kin 2019-cu ildə 27,5 milyon avroya liverpullulara satılmış, ötən yay 30 milyon avroya geri alınmışdı. Onun turinlilərlə növbəti mövsümün sonunadək müqaviləsi var.