Misli Premyer Liqasının 17-ci turu çərçivəsində dünən baş tutan “Turan Tovuz” – “Zirə” oyunundan sonra Ehtiram Quliyev müsahibə verib. Meydan sahibi klubun İdarə Heyətinin rəhbəri matçla, eyni zamanda AFFA prezidenti postuna növbəti seçkilərlə bağlı danışıb.
Futbolinfo.az xəbər verir ki, Ehtiram bəy AFFA prezidentliyinə namizəd olmayacağını deyib. O, əsla belə bir fikrinin olmadığını deyib: “Namizədliyim müzakirə mövzusu ola bilməz. Buna vaxtımız yoxdur, “Turan Tovuz”a sevgimizi heç bir şeyə dəyişmərik. AFFA prezidentliyi çox məsuliyyətli işdir, o yükün altına girməyə hazır deyilik. Hazırkı prezident Rövnəq Abdullayev namizədliyini irəli sürərsə, onu dəstəkləyəcəyik. Namizəd olmazsa, gənc kadrlardan, futbolumuza layiq olacaq, ziyan verməyəcək digər namizədləri müzakirə edib birini dəstəkləyəcəyik”.
BƏHRUZ MUSAYEV, TOVUZ