DÇ-2024-ün elit-raundunda dekabrın 20-də Niderlandla qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Vitali Borisov Emil Həsənzadəni və Rumıniya ilə görüşdə zədələnən Amadeunu səfər aparmayacaq.
Əvəzində “Neftçi” İK-dan Mirzə Əmirov və karyerasının Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borges milliyə qoşulacaq.
Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov;
Oyunçular: Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Sojaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov.