“Şəki” üzərində 78:66 hesablı qələbədən sonra “Gəncə”nin basketbol komandasının baş məşqçisi Bedri Meriç matçla bağlı fikirlərini mətbuat xidmətinə bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Rəqibimizin çempionatda qələbəsi olmadığı üçün bu gün aqressiv oynadılar. Qalib gəlmək üçün onlar da mübarizə apardılar. Biz əsasən 3-cü və 4-cü periodda üstün oynayıb hesab arasında fərq yaratdıq. Müdafiədə rəqibi saxlamağı bacardıq. Fərq daha böyük ola bilərdi, amma sonlara doğru gənclərə şans verdik ki, onlar da oynaya bilsinlər. Ardıcıl iki oyun qalib gəldik, qaldı ilin sonuncu matçı. Hədəfimiz pley-offa düşməkdir. Ona görə bizi qarşıda çətin oyunlar gözləyir. Bu gün tribunada bizə dəstək verən azarkeslərə də minnətdarıq. Qələbədə pay sahibi oldular”.