Kanadanın Toronto şəhərində “Champions Chess Tour – 2023”-ün son turniri keçirilib. Finalda 16-cı dünya çempionu Maqnus Karlsenlə amerikalı Vesli So qarşılaşıb. Norveçli qrossmeyster 2,5:1,5 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Champions Chess Tour” 8 onlayn turnirdən ibarət seriyadır. Bu yarışlar il ərzində keçirilir və sonda iki nəfərin oyunu ilə bitir.

Bu il üzbəüz turnirdə Karlsenlə Sodan başqa ,Maksim Vaşye Laaqrav (Fransa), Nodirbek Abdusattarov (Özbəkistan), Fabiano Karuana (ABŞ), Əlirza Firuzja (Fransa), Hikaru Nakamura (ABŞ), Denis Lazavik (Belarus) iştirak ediblər.

Shares: