Danimarkada keçirilən dünya çempionatında Olimpiya Oyunlarına boş qalan yeganə vəsiqənin də sahibi məlum olub. Fransa milli komandası ev sahibi, Norveç isə son Avropa çempionatının qalibi kimi vəsiqəni qazanmışdı. Dünya çempionatının finalında məhz bu iki komanda üz-üzə gələcək.
Burada oynanılan vəsiqə də Norveçə qismət olub. Lakin onlar artıq bunu əvvəlcədən həll etdiklərinə görə Olimpiadada iştirak etmək hüququ son Avropa çempionatının ikincisi Danimarka yığmasına qismət olub.
Bu 3 komandadan başqa, Cənubi Koreya, Braziliya və Anqola da qitəmiqyaslı turnirlərdə çempion olmalarına görə vəsiqə qazanıb. Daha 6 vəsiqənin sahibi isə olimpiyaöncəsi turnirlərdə məlum olacaq. Həmin turnirlər gələn ilin aprelində keçiriləcək.