“Bank Respublika Arena”nın ətrafında yaşayan sahibsiz itlər üçün stadionun ərazisində evciklər quraşdırılıb.

Futbolinfo.az xəbər verir ki, “Sabah”ın sponsoru “Bakupan” tərəfindən hazırlanan evciklər, sahibsiz itlərin yağmurlu, soyuq hava şəraiti zamanı sığınmaları üçün nəzərdə tutulub.

Tullantıların təkrar emalı üsulu və seendviç paneldən hazırlanmış bu yuvalar, ənənəvi evciklərdən yüksək termal izolyasiyaya malik olması xüsusiyyətinə görə fərqlənir.

Klubun həkimi Rəhim Məhərrəmov stadionun ərazisindəki sahibsiz itlərə daim qayğı göstərir, onların istər peyvənd, istərsə də qidalanmasına mütəmadi olaraq nəzarət edir. Onun bu təşəbbüsünə klubun futbolçuları və digər əməkdaşları da dəstək verirlər.

Qeyd edək ki, gələcəkdə bu layihənin genişləndirilməsi və Masazır qəsəbəsinin fərqli yerlərində də bu cür evciklərin quraşdırılması nəzərdə tutulub.

Shares: