Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.

Futbolinfo.az xəbər verir ki, 15-17 dekabrda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

3 gün davam edən yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb.

Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Atilla İdman Klubu, 2-ci yerə Neftçi İdman Klubu, 3-cü yerə isə Cüdo Klub 2012 layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.

Qaliblərin siyahısını təqdim edirik:

Qadınlar

-48 kq.

  1. Şəfəq Həmidova
  2. Ramilə Əliyeva
  3. Xumar Qasımzadə
  4. Leyla Dəmirova

-52 kq.

  1. Zeynəb Məmmədova
  2. Nuray Quliyeva
  3. Ayşə Qurbanlı
  4. Fəridə Mirzəyeva

-57 kq.

  1. Elmira Mustafayeva
  2. Nərgiz Hacıyeva
  3. Fidan Qasımova
  4. Nilgün Rzayeva

-63 kq.

  1. Leyla Hüseynova
  2. Kamilla Töhöliyeva
  3. Diana Şoranova
  4. Leyla Atayeva

-70 kq.

  1. Günel Həsənli
  2. Pərvanə Abdullayeva
  3. Səkinə Baxşıyeva
  4. Aygül İsmayılova

-78 kq.

  1. Fidan Tarverdiyeva
  2. Nərmin Əmirli
  3. Aysu Həsənova
  4. Əsmər Əliyeva

+78 kq.

  1. Nigar Süleymanova
  2. Elnarə Rəşidova
  3. Aytəkin Paşazadə
  4. Kəmalə Hüseynova

Kişilər

-60 kq.

  1. Nazir Talıbov
  2. Babarəhim Mirzəyev
  3. Hüseyn Allahyarov
  4. Kənan Hüseynov

-66 kq.

  1. Rəşad Yelkiyev
  2. Tofiq Məmmədov
  3. Zahir Ağazadə
  4. Kamran Süleymanov

-73 kq.

  1. Rəşid Məmmədəliyev
  2. İbrahim Əliyev
  3. Süleyman Əliyev
  4. Nurlan Osmanov

-81 kq.

  1. Məmmədrza Hacızadə
  2. Kərim Allahverdiyev
  3. Ömər Rəcəbli
  4. Qədir Hüseynov

-90 kq.

  1. Elcan Hacıyev
  2. Vüqar Talıbov
  3. İbrahim Ağakişiyev
  4. Şamil Tuncay

-100 kq.

  1. Hüseyn Dadaşov
  2. Rüfət İsmayılov
  3. Əjdər Bağırov
  4. Ruslan Nəsirli

+100 kq.

  1. Camal Qamzatxanov
  2. Ramazan Əhmədov
  3. Kənan Nəsibov
  4. Camal Feyziyev
Shares: