Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. “Qarabağ”ın potensial rəqiblərindən biri də Fransa klubu “Lans”dır.
Futbolinfo.az xəbər verir ki, fransızlar məhz Azərbaycan çempionuna rəqib olmağı arzulayırlar. Avrokuboklarda yoluna davam edən təmsilçilərinin ən münasib və arzuolunmaz rəqibləri ilə bağlı araşdırma aparan Fransa mətbuatı “Qarabağ”ın “Lans” rəhbərliyinin ürəyincə olduğunu qeyd edib: “Klub daxilində püşkatma həyəcanı yaşanır. “Lans” tərəfi pley-offda “Qarabağ”la qarşılaşacağına ümid edir. Onlar bu halda 1/8 finala adlamağın nisbətən asan olacağını düşünürlər”.
Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Lans”la yanaşı, “Qalatasaray” (Türkiyə), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna).