Xorvatiya çempionatının 19-cu turunda “Hayduk”la qarşılaşan Zaqreb “Dinamo”su evdə rəqibi ilə qolsuz bərabərə qalıb.
Futbolinfo.az xəbər verir ki, liderə yaxınlaşmaq şansını əldən verən “Dinamo”da Azərbaycan millisinin hücumçusu Mahir Emreli matçın iştirak ərizəsinə salınmayıb. Baş məşqçi Sergey Yakiroviç onunla yanaşı, daha bir neçə futbolçunun xidmətindən yararlanmayıb.
Emrelinin kənarda qalmasının səbəbi isə çalışdırıcının seçimi olmayıb. Məsələ burasındadır ki, 26 yaşlı forvard zədələndiyi üçün qarşılaşmanı buraxıb. Onun komanda yoldaşları Boşko Şutalo, Yosip Drmiç və Luka Menalo da eyni səbəbdən görüşdə iştirak edə bilməyiblər. Məhz heyətdəki problemlər ucbatından baş məşqçi qarşılaşma ərzində cəmi iki əvəzetmədən istifadə edə bilib.
Qeyd edək ki, hazırda “Dinamo” 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.