Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən olan Şenol Günəşin ölkəmizə gəlişi baş tutmaya bilər. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb təcrübəli mütəxəssisin daha bir təklif almasıdır.

Belə ki, Kosovo Futbol Federasiyası da 71 yaşlı çalışdırıcını yığmanın “sükanı arxasına” keçirməkdə maraqlıdır. Kosovolular bu post üçün geniş siyahı hazırlayıblar. Namizədlər arasında Şenol Günəş ön pillələrdə göstərilir. Onun əsas rəqiblərindən biri isə əfsanəvi braziliyalı Roberto Karlosdur.

Qeyd edək ki, Şenol Günəş bir müddət əvvəl Azərbaycan millisi ilə bağlı şifahi təklif aldığını və yığmanı çalışdırmaqda maraqlı olduğunu bildirib.

Shares: