Donetsk “Şaxtyor”u rəsmi saytı vasitəsilə Avropa Liqasının pley-off mərhələsi ilə bağlı futbolçular arasında sorğu keçirib.
Futbolinfo.az xəbər verir ki, oyunçular “püşkdə hansı komandanın düşməsini istərdiniz” sualını cavablandırıblar.
Bu sual Ukrayna təmsilçisinin 7 futbolçusuna ünvanlanıb. Onlardan 4-ü “Qarabağ”la qarşılaşmaq arzusunu dilə gətirib. Yarımmüdafiəçi Artyom Bondarenko ən münasib rəqibin Azərbaycan çempionu olacağını düşünür. Qapıçı Dmitri Rijnik və müdafiəçi Valeri Bondar “Qarabağ” və ya “Sparta”nın düşməsini istəyir. Yarımmüdafiəçi Yegor Nazarina isə “Qarabağ” və “Roma”dan birinə rəqib olmaq arzusunda olduğunu vurğulayıb.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü bu gün atılacaq.