Rusiyalı gimnast Lalə Kramarenko “Səma gözəlliyi” adlı turnirdə 3 ayrı növdə çempion olub. Çinin paytaxtı Pekində keçirilən yarışda o, halqa, top və lentlə hərəkətlərdə ən yaxşı nəticə göstərib.

Gürzlə hərəkətlərdə də Kramarenko yaxşı çıxış edib. Lakin bu növdə o, həmyerlisi Diana Çuqunixinaya məğlub olaraq ikinci yeri tutub.

Lalə Azərbaycan milli komandasının keçmiş qapıçısı Dmitri Kramarenkonun qızı, Bakının “Neftçi” komandasının əfsanəvi qapıçılarından biri olan Sergeyin nəvəsidir. 2021-ci ildə Lalə komanda çempionatında Avropa çempionu olub. Bundan başqa o, dəfələrlə yeniyetmə və gənclər arasında Avropa çempionatlarında qızıl medal qazanıb.

загружено - Futbolinfo.az
Shares: