İsveçrədə tarixdə ilk dəfə olaraq biatlon üzrə Dünya Kuboku keçirilib. Lakin hadisə başqa bir məsələyə görə gündəmə gəlib.

Futbolinfo.az xəbər verir ki, Norveç milli komandasının üzvlərindən biri Sturla Holm Laqreyd oteldəki otağında silahından atəş açıb. Biatlonçu atəş açmağı məşq edərkən silahın dolu olduğunu nəzərə almayıb.

Bu səbəbdən də idmançı yarış meydanına deyil, polis şöbəsinə aparılıb. Araşdırmadan sonra norveçli atlet təqsirsiz bilinərək buraxılıb. Biatlonçuların öz otaqlarında atəşi məşq etməsinə icazə verilir. Lakin bu zaman onlar qoruyucudan istifadə etməli və silahlarında patron olmamalıdır.

Polisdən qurtulsa da, Laqreyd idmanda cəza ala bilər. Belə ki, biatlonda federasiya silahla davranışa ciddi fikir verir. Buna görə də olimpiya çempionunun diskvalifikasiya ediləcəyi ehtimalı var.

Shares: