Danimarkada həndbol üzrə Dünya Çempionatına yekun vurulub. Final görüşündə Fransa və Norveç milli komandaları üz-üzə gəlib.

İki il əvəl keçirilən dünya çempionatında da eyni komandalar qarşılaşmışdı. O zaman norveçli qızlar qələbə qazanaraq çempion olmuşdular. Bu dəfə isə Fransa milli komandası üstün olub. Onlar 31:28 hesablı qələbəylə dünya çempionu olublar.

3-cü yer uğrunda keçirilən oyunda İsveç və Danimarka komandaları üz-üzə gəlib. Meydan sahibləri 28:27 hesabı ilə qalib gələrək bürünc medallara sahib çıxıblar. Turnirdə 5-ci yer Monteneqroya, 7-cilik isə Niderlanda qismət olub.

Shares: