Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Azərbaycan təmsilçisi “Qarabağ”ın da bu mərhələdəki rəqibi bəlli olacaq.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn “Qarabağ” bu mərhədə Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq.
“Qarabağ”ın potensial rəqibləri:
“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa”(Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna)
Pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.